
Azərbaycan Qarabağdakı separatçı rejimə görə Avstraliyaya etirazını bildirib - RƏSMİ
“Məlumat verdiyimiz kimi, son günlərdə Avstraliyanın erməni diaspor təşkilatlarının ölkəmizin işğal edilmiş ərazilərindəki separatçı rejimi təşviq edən fəaliyyəti, eləcə də Avstraliyanın erməni mənşəli rəsmisinin bəyanatları ilə bağlı Xarici İşlər Nazirliyi ciddi məşğul olaraq bir sıra tədbirlər görüb”.
APA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Avstraliyanın bəzi rəsmilərinin ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz separatçı rejimin “nümayəndələri” ilə görüşməsinə dair sorğuya cavabında bildirib.
Onun sözlərinə görə, ölkəmizin Avstraliya İttifaqındakı müvəqqəti işlər vəkili Avstraliya Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.
“Eləcə də Avstraliyanın ölkəmizdəki səfiri ilə Xarici İşlər Naziliyində görüş keçirilərək rəsmi etirazımız Avstraliya səfirinin diqqətinə çatdırılıb. Buna cavab olaraq, Avstraliya XİN-də Azərbaycanın müvəqqəti işlər vəkili ilə keçirilən görüş zamanı Avstraliya Federal Hökumətinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı mövqeyinin dəyişməz olduğu bir daha vurğulanıb. Qarşı tərəf qondarma rejimin “nümayəndələri”nin ermənilərin təqdim etdiyi statusu rəsmi Kanberranın tanımadığını və onların bu səfərinin şəxsi xarakter daşıdığını söyləyib.
Əlavə olaraq, xarici işlər naziri Elmar Məmmədyarov avstraliyalı həmkarı Maris Peynə rəsmi məktubu ünvanlayıb. Məktubunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyinə, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunan 4 qətnaməsinə və beynəlxalq təşkilatların çoxsaylı digər qərar və qətnamələrinə istinad edən nazir Elmar Məmmədyarov, Avstraliyanın bəzi rəsmilərinin Azərbaycanın hərbi işğal altında olan ərazilərindəki qanunsuz rejimin təşviqinə xidmət edən addımlarının Avstraliya Federal Hökumətinin rəsmi mövqeyi ilə ziddiyyət təşkil etdiyini vurğulayıb və qanunsuz separatçı rejimlərə münasibətdə tanınmış beynəlxalq təcrübəyə uyğun olmayan bu kimi addımların beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik olduğunu həmkarının diqqətinə çatdırıb”, - XİN sözçüsü bildirib.
Oxşar yazılar

"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45