Müdafiə nazirinin müavini bölmələrin qışa hazırlığını yoxlayıb
02 avqust 2019 10:54 (UTC +04:00)

Müdafiə nazirinin müavini bölmələrin qışa hazırlığını yoxlayıb

Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi heyət və hərbi birliyin komandanlığı cəbhəboyu zonada hündür dağlıq ərazi və sərt iqlim şəraitində yerləşən bölmələrdə olub.

Nazirlikdən Lent.az-a verilən məlumatda bildirilib ki, səfər zamanı bölmələrin qışa hazırlıq işlərinin keyfiyyəti, şəxsi heyətin qış mövsümü normalarına uyğun təminatı və təchizatı yoxlanılıb.

Hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanan nazir müavini qış dövrünə zəruri hazırlıq işlərinin görülməsi ilə əlaqədar müvafiq xidmətin daha keyfiyyətli təşkili ilə bağlı müdafiə nazirinin tələblərini vəzifəli şəxslərə çatdırıb və konkret tapşırıqlar verib. 

 

 

 

 

 

# 594
avatar

Aygün İbrahimli

Oxşar yazılar