392
19:48
31 İyul 2019

TEXNOLOJİ İNQİLAB - Robot həmkarının səhvini tutacaq

Bir neçə müddət bundan öncə OpenAI təşkilatı insanın yazdığı mətndən fərqlənməyən mətnləri yarada bilən süni zəka texnologiyasını təqdim etmişdi.

Lent.az "technote"a istinadən xəbər verir ki, bu alqoritm avtomatlaşdırılmış mətn generasiyası tenxologiyasının necə asan şəkildə fake xəbərlər və rəylər yazmağı bacardığını göstərdi.

Massaçusets Texnoloji Universitetinin daxilində fəaliyyət göstərən IBM Watson laboratoriyasının müxtəssisləri isə süni zəka tərəfindən yazılmış mətni təyin etməyi bacaran xüsusi süni zəka texnologiyasını yaradıblar.

Mütəxəssislər tərəfindən yaradılmış bu yeni süni zəka texnologiyası Giant Language Model Test Room (GLTR) adlanır. Bu texnologiya dil biliyinə əsaslanmır. Əksinə o, cümlələrin strukturlarında olan qanunauyğunluqları axtarır. İstənilən süni zəka mətnləri alqoritm vasitəsilə yaradır. GLTR isə bu alqoritmi təyin edərək mövcud cümlənin insan tərəfindən yazılıb-yazılmadığını anlaya bilir.

Alqoritm ən sadə sözləri yaşıl rəng ilə, daha az gözlənilən sözləri sarı və qırmızı rəng ilə, heç gözlənilməyən sözləri isə bənövşəyi rəng ilə işarələyir. Tərtibatçılar sözügedən alqoritmi Harvard Universitetinin tələbələri vasitəsilə test ediblər. Belə ki, həmin tələbələr süni zəka tərəfindən yazılmış mətnləri təyin etməli idilər. Onların özləri həmin mətnlərin yarısını təyin edə bilirdilər. Lakin GLTR alqoritmi vasitəsilə tələbələr bu cür mətnlərin 72%-ni təyin edə bilirdilər. Alqoritmi bu link vasitəsilə istənilən şəxs test edə bilər.