
Fransa kosmik peykləri hərbləşdirir
İyulun ortalarında Fransa Prezidenti Emmanuel Makron ölkədə Kosmik Qüvvələrin yaradılacağını açıqladıqdan sonra internetdə yeni silahlı birləşmənin hansı silahlarla təchiz ediləcəyi ilə bağlı ilk informasiya yayılmağa başlayıb.
Lent.az “ictnews”a istinadla xəbər verir ki, artıq Avropa KİV-də Fransa peyklərinə hərbi peyklərə çevrilməyə imkan verən proqram barədə ətraflı məlumat dərc olunub.
Fransanın Müdafiə naziri Florans Parlinin sözlərinə görə, ölkə 2030-cu ilədək orbitə göyərtəsində lazer və pulemyot silahı daşıyacaq peyklər qruplaşması çıxaracaq. Bu məqsədlər üçün 2025-ci ilədək hərbi büdcədən 4 milyard 300 milyon avronun ayrılması nəzərdə tutulur.
Vəsaitlərin bir hissəsi Fransanın hərbi telekommunikasiya peyklərinin modernləşdirilməsinə sərf olunacaq. Növbəti nəsil qurğuların isə mümkün düşmən peyklərinin neytrallaşdırılması üçün asma silahlarla təchiz edilməsi planlaşdırılır.
Nazir bildirib ki, yeni sistemin məqsədi hücum yox, müdafiədir və peyklərin silahla təchiz edilməsi ilə bağlı plan kosmik məkanda nüvə silahı və digər kütləvi qırğın silahlarından istifadəni qadağan edən 1967-ci il tarixli Kosmos haqqında beynəlxalq müqavilənin müddəalarını pozmur.
Oxşar yazılar

Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18