
"Biz sevgi və mərhəmət üçün yaşayırıq" - Leyla Əliyeva
Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində təşkil olunan “Jara-2019” Beynəlxalq Musiqi Festivalının üçüncü günü - iyulun 27-də iştirakçılar qırmızı xalı üzərindən keçiblər.
Lent.az AzərTac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqları arasında olub.
Aparıcının “Bu gün burada 1990-cı illərin hitləri səslənəcək. Sizin sevimli hitiniz varmı” sualını cavablandıran Leyla Əliyeva deyib:
-“İvanuşki İnternəşnl” qrupu mənim çox xoşuma gəlirdi. Elə indi də onları dinləməyi sevirəm.
-Bəs bu qrupun hansı mahnıları xoşunuza gəlir?
-Musiqinin, ümumiyyətlə, zamanı olmur. “Koleçko, koleçko, koltso” mahnısı kimi. Ən sevimli mahnı heç vaxt köhnəlmir. Bu səbəbdən çox yaxşı haldır ki, bu gün bunu etdiniz.
-Leyla xanım, artıq “Jara” festivalının iki günü arxada qalıb. Hansı hisslər, hansı təəssüratlar var? İldən-ilə bu festivalda sizin üçün dəyişən nədir?
-İldən-ilə, ümumiyyətlə, dünya yaxşılığa doğru dəyişir. Çünki getdikcə daha çox insan başa düşür ki, biz sevgi və mərhəmət üçün yaşayırıq. Mən xoşbəxtəm ki, Azərbaycan dünyada belə bir yerə çevrilib. Arzu edirəm ki, bütün dünya belə olsun. Bütün artistlərə təşəkkürümü bildirirəm.
Oxşar yazılar

İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55
Məhəlləmizdə heç vaxt özgə qızın üzünə baxmazdılar, qeyrət var idi - Çingiz Fərzəliyev
24 iyun 2025 , 15:40