414
04:58
28 İyul 2019

300 kiloqramlıq xəstə qeyri-adi üsulla xəstəxanaya çatdırıldı

Qaraçay-Çərkəz Respublikasında xilasetmə xidməti qeyri-adi əməliyyat həyata keçirib.

APA “Gazeta” portalına istinadən xəbər verir ki, xilasedicilər çəkisi 300 kq olan xəstəni təxliyyə ediblər.

Bildirilir ki, həmin şəxs insult keçirib. Onun xəstəxanaya çatdırılması həkimlər üçün qeyri-mümkün olub. Buna görə də xilasetmə xidmətinə məlumat verilib.

Ağırçəkili xəstə koma vəziyyətində mənzilin pəncərəsindən qaldırıcı kranın köməkliyi ilə çıxarılıb və xəstəxanaya çatdırılıb.

Hazırda o, yerli xəstəxanada həkim nəzarəti altındadır.