
Hərbi pilotun yaxın qohumları görülən tədbirlər barədə məlumatlandırıldı - RƏSMİ
0
0
Qəzaya uğramış hərbi təyyarənin pilotunun ailə üzvləri və yaxınları təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında müdafiə naziri ilə görüşüblər.
Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, görüş zamanı pilotumuzun yaxınları “Təki, Vətən sağ olsun! Övladımızın xidməti ilə şərəf duyuruq!” deyərək, göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
0
0