
Səfir: “Vizanın ləğvi Türkiyə-Azərbaycan münasibətlərini daha da inkişaf etdirəcək”
“Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi ölkələr arasında münasibətlərin hərtərəfli inkişafını daha da artıracaq”.
Bunu APA-nın yerli bürosuna açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib.
Səfir bildirib ki, vizaların ləğvinə sadəcə texniki məsələ kimi baxılmamalıdır.
“Bu, hər kəsin üzərinə qoyulan bir məsuliyyətdir. İqtisadi, sosial, mədəni və bu kimi münasibətləri inkişaf etdirməklə bundan sonra da biz “Bir millət, iki dövlət” şüarının özülünü daha da möhkəmləndirəcəyik. “Bir millət, iki dövlət" sadəcə bir şüar deyil. Ulu öndər Heydər Əliyev bu fikri söyləyəndə Türkiyə ilə Azərbaycan arasında bütün ikitərəfli münasibətləri nəzərdə tuturdu. O zamandan indiyə qədər də iki qardaş dövlətin başçıları siyasətlərini, qarşılıqlı münasibətləri bu düşüncəyə uyğun aparırlar. Azərbaycan tərəfindən verilən Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv edilməsi qərarı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ortaya qoyduğu iradə də məhz bu siyasətə əsaslanır”, - deyə səfir əlavə edib.
Qeyd edək ki, Azərbaycana 30 günədək müddətə səfər edəcək Türkiyə vətəndaşları üçün 1 sentyabr 2019-u il tarixindən viza tələbi ləğv edilir. Bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlayıb.
Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48