201
17:09
25 İyul 2019

Bakıda qəza: tıxac yarandı

Bir qədər əvvəl Ziya Bünyadov prospekti “20 Yanvar” metrostansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Lent.az -a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, bu səbəbdən hazırda hadisənin baş verdiyi ərazidə sıxlıq müşahidə olunur.