51 yaşlı qadın və 61 yaşlı kişi itkin düşdü  - YENİLƏNİB
25 iyul 2019 12:41 (UTC +04:00)

51 yaşlı qadın və 61 yaşlı kişi itkin düşdü - YENİLƏNİB

 
Qusar rayonunda daha bir nəfər itkin düşüb.
 
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Qusar rayonunun Caqar kənd sakini, 61 yaşlı Ərzimanov Nəriman Ərziman oğlu bu il iyun ayının 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
 
Nəriman Ərzimanovun əlamətləri belədir: Boyu 162 sm., yumru sifətli, qəhvəyi qısa saçlı, gözlərinin rəngi qonur, dolu bədən quruluşlu, hər iki qolları əyridir.
 
N.Ərzimanov əqli cəhətdən qüsurludur.  Evdən çıxan zaman onun əynində qöy rəngdə qısaqol köynək, qara rəngdə şalvar və qara rəngdə ayaqqabı olub.
 
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və 055-335-33-35 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 
 
 
12:11
 
Qusarda 51 yaşlı qadın itkin düşüb.
 
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Qusar rayonunun Lanqu qəsəbə sakini, 51 yaşlı Lalə Bəşirova 2018-ci ilin avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
 
Lalə Bəşirova əlamətləri belədir: Boyu 160 sm., uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur. 
L.Bəşirova ruhi xəstəlikdən əziyyət çəkir. 
 
Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və 055-335-33-35 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 916

Oxşar yazılar