Sevinc-Sevil yeni ev aldı: "Kirayədə yaşayırıq..." -<span style="color:red;"> VİDEO
24 iyul 2019 11:50 (UTC +04:00)

Sevinc-Sevil yeni ev aldı: "Kirayədə yaşayırıq..." - VİDEO

Müğənni Sevinc-Sevil Səfərova bacıları yeni mənzil alıblar.

Bacılar bu barədə Lent.az-ın canlı yayımında danışıblar.

Onlar bildiriblər ki, hazırda kirayədə yaşayırlar: “Bu gün qazandıqlarımız ailəmiz üçün çoxdur. Yazırlar ki, 5 evləri var. Görəsən hardadı o evlər? Başlayıram axtarmağa ki, bəlkə anam bizdən gizlin alıb? Saydıqları qədər evimiz yoxdur. Amma ağlamıram, şükürlər olsun ki, evimiz, maşınımız da var. Masallıdakı həyət evi atama aiddir. Atam da dünyasını dəyişəndən sonra bu mənzil qardaşımın adına keçir. Yəni o atamın qazandığıdır. Bizə aidiyatı yoxdur. Sulutəpədəki ev də atama məxsusdur. Mərdəkanda torpaq almışdıq, Toliklə qonşu idik, sonra onunla dalaşdıq, oranı satdım. Aldığımız qiymətə satdıq və özümüzə yeni ev aldıq. Anam və ikimiz bir yerdə, qardaşım isə ailəsi ilə ayrı evdə qalır. Hazırda kirayədə yaşayırıq. Çünki yeni evimizdə təmir gedir”.

 

Qeyd edək ki, Sevinc-Sevilin müsahibəsinin tam hissəsinə aşağıdakı videoda baxa bilərsiniz:

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2398

Oxşar yazılar