567
09:20
23 İyul 2019

Elza Seyidcahan yeni şeir yazdı: "Qırdı atdı, kimi çapdı"

Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb. Lent.az -ın məlumatına görə, müğənni, milli mətbuat gününə həsr etdiyi "Əkinçi"adlı şeirini sosial şəbəkədəki səhifəsində qeyd edib.

Həmin şeiri təqdim edirik:

Əkinçi...

Mətbuatda bata - batdı
Söz xəzinəsində
Cıdır düzü, atı çapdı
Göl zəmisində
Boranı çoxdu, qışı yazdı
Mətin-mətin sözün mət olsun


Mətbuat
Mətdən doğan Mətbuat
Məti mətdən mət yaradan
Mətbuat
Sözü Mədhdən Mədh edəsiz
Sözü atdan atlana
Addım-addım mat edəsiz
Hər əzaba qatlana
Sözü altdan qazıb-qazıb
Neft edəsiz
Dəryalardan qızıl balıq
Təkin sözün 3 arzusu
3 ümmanı, 3 gümanı
o zamanı, bu zamanı
o zaman, bu zaman
o qananı, bu yalanı


Bu, bu mətdi bu.
Atdı bu,
Şehdi Vazeh,
Mehdi Qulu
Bu Sabirdir, Ələkbərdir.
Bu Mirzədir, Fətəlidir.
Felyetonlar mətindən.
Mət yaranır.
Polemika balından,
Bal kəsilir.
Va alleykuma gözündən
Göz açılır.
Nəzirələr sözündən
Söz yaranır
Qələmindən od yağır
Zərdabilər.
Zər qədrini zər bilər.
Nə əkərsən, onu biçərsən

Əkinçi.
Ək bitsin inci-inci.
Atdı bu, çapdı bu.
Çapa-çapa çatdı bu
Tapdı bu, yazdı bu.
Qələminiz müdrük- müdrük
Şirin-şirin, həzin-həzin
Yalvarsın O, Allaha
Qaytarsınlar aldıqlarını
Qaytarsınlar aldıqlarını
Topxanaya, Qarabağa
İsa Bulağının yanına gedək
Qapa-qapa qabağa gedək
Mətbuat yerli- dibli
Mövhumat sirli-sirli
Təsürat gizli-gizli
Məlumat isti-isti
Yalan söz pisdi-pisdi.
Çap çaparaq,
Qap qoparaq
Mətbuatdı, köhlən atdı
Qır atdı
Qırdı atdı
Kimi çapdı,
Kimi çatdı
Kimi yazdı
kimi atdı
Mənim dostum mətbuatdı.