146
12:05
22 İyul 2019

Musiqili Teatrda keçirilən müsabiqənin nəticələri açıqlanıb

Akademik Musiqili Teatrda Şəfiqə Məmmədovanın rəhbərliyi ilə keçirilən müsabiqənin nəticələri açıqlanıb.
KulisAkademik Musiqili Teatrda Şəfiqə Məmmədovanın rəhbərliyi ilə keçirilən müsabiqənin nəticələri açıqlanıb.
Lent.az xəbər verir ki, 11-12 iyul tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında istedadlı gənclərin üzə çıxarılması və işə qəbulu ilə bağlı müsabiqənin ilk seçim turu keçirilib.
Teatr və kino sənətimizin görkəmli nümayəndəsi, Xalq artisti, Dövlət Mükafatı laureatı Şəfiqə Məmmədovanın rəhbərliyi ilə iki gün davam edən bu müsabiqədə 60-a yaxın iddiaçı öz vokal imkanlarını və artistlik məharətlərini nümayiş etdirməyə çalışıblar.
Teatrın xor, balet, orkestr və aktyor heyətinə yeni istedadların cəlb olunması məqsədilə aparılan seçimin yekununda Şəfiqə Məmmədova nəticələri elan edərək yeni istedadların üzə çıxarılmasında belə müsabiqələrin əhəmiyyətini vurğulayıb və bununla yanaşı, onu narahat edən bəzi məsələlərə də ciddi iradlarını bildirib: “Təəssüf edirəm ki, müsabiqəyə qatılan gənclər hələ də Akademik Musiqili Teatrın bu gözəl təşəbbüsünün əhəmiyyətini və gənclər üçün yaratdığı şəraiti yetərincə dəyərləndirmək iqtidarında deyillər. Əslində bu müsabiqənin məqsəd və tələblərinə uyğun olaraq teatra yeni, istedadlı, gözəl vokal imkanları, xoşagələn görkəmi və təbii ki, ilk növbədə səlis danışıq qabiliyyəti olan gənclər müraciət etməli idi. Lakin cavanların əksəriyyəti seçdikləri ixtisası layiqincə dəyərləndirmirlər. 2 gün ardıcıl davam edən bu turda 60-a yaxın iştirakçı arasından cəmi iki nəfər bu müsabiqənin tələblərinə az da olsa cavab verdilər. Əminəm ki, onlar gələcəkdə bu teatrın səhnəsində maraqlı rolları ilə tamaşaçıların diqqətini cəlb edə biləcəklər. Xor truppasına Orxan Mirzəyev və Tural Məsimov, orkestr heyətinə - Səid Seyidov, Hüseyn Həsənov (qaboy ifaçıları) və Bahadur Rzayev və Turanə Novruzova (skripka ifaçıları) seçildilər… Mən bu müsabiqəni növbəti illərin seçimləri üçün yaxşı bir başlanğıc hesab edirəm. Biz Akademik teatr statusu almış, gələn il 110 yaşını qeyd edəcəyimiz qocaman, zəngin və maraqlı yaradıcılıq bioqrafiyası, həyat tarixçəsi olan bir sənət məbədində işləmək üçün daha çevik, daha maraqlı, güclü səsi, vokal imkanları, artistlik qabiliyyəti olan gənclərin sorağındayıq”
Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev də Şəfiqə Məmmədovanın səsləndirdiyi təklif və iradlarlarla həmrəy olduğunu bildirərək əlavə etdi: “Biz artıq 5-ci ildir ki, bu müsabiqəni keçiririk. Sənəd verən gənclərin çoxu nəinki bizim, heç digər teatrların da işinə yaramır... Ümidvaram ki, budəfəki seçimimizdə də yanılmadıq. Belə müsabiqələr təkcə teatr aləminə deyil, mədəniyyət və incəsənətimizin gələcək inkişafına çox böyük təkan verəcək"..az xəbər verir ki, 11-12 iyul tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında istedadlı gənclərin üzə çıxarılması və işə qəbulu ilə bağlı müsabiqənin ilk seçim turu keçirilib.
Teatr və kino sənətimizin görkəmli nümayəndəsi, Xalq artisti, Dövlət Mükafatı laureatı Şəfiqə Məmmədovanın rəhbərliyi ilə iki gün davam edən bu müsabiqədə 60-a yaxın iddiaçı öz vokal imkanlarını və artistlik məharətlərini nümayiş etdirməyə çalışıblar.
Teatrın xor, balet, orkestr və aktyor heyətinə yeni istedadların cəlb olunması məqsədilə aparılan seçimin yekununda Şəfiqə Məmmədova nəticələri elan edərək yeni istedadların üzə çıxarılmasında belə müsabiqələrin əhəmiyyətini vurğulayıb və bununla yanaşı, onu narahat edən bəzi məsələlərə də ciddi iradlarını bildirib: “Təəssüf edirəm ki, müsabiqəyə qatılan gənclər hələ də Akademik Musiqili Teatrın bu gözəl təşəbbüsünün əhəmiyyətini və gənclər üçün yaratdığı şəraiti yetərincə dəyərləndirmək iqtidarında deyillər. Əslində bu müsabiqənin məqsəd və tələblərinə uyğun olaraq teatra yeni, istedadlı, gözəl vokal imkanları, xoşagələn görkəmi və təbii ki, ilk növbədə səlis danışıq qabiliyyəti olan gənclər müraciət etməli idi. Lakin cavanların əksəriyyəti seçdikləri ixtisası layiqincə dəyərləndirmirlər. 2 gün ardıcıl davam edən bu turda 60-a yaxın iştirakçı arasından cəmi iki nəfər bu müsabiqənin tələblərinə az da olsa cavab verdilər. Əminəm ki, onlar gələcəkdə bu teatrın səhnəsində maraqlı rolları ilə tamaşaçıların diqqətini cəlb edə biləcəklər. Xor truppasına Orxan Mirzəyev və Tural Məsimov, orkestr heyətinə - Səid Seyidov, Hüseyn Həsənov (qaboy ifaçıları) və Bahadur Rzayev və Turanə Novruzova (skripka ifaçıları) seçildilər… Mən bu müsabiqəni növbəti illərin seçimləri üçün yaxşı bir başlanğıc hesab edirəm. Biz Akademik teatr statusu almış, gələn il 110 yaşını qeyd edəcəyimiz qocaman, zəngin və maraqlı yaradıcılıq bioqrafiyası, həyat tarixçəsi olan bir sənət məbədində işləmək üçün daha çevik, daha maraqlı, güclü səsi, vokal imkanları, artistlik qabiliyyəti olan gənclərin sorağındayıq”
Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev də Şəfiqə Məmmədovanın səsləndirdiyi təklif və iradlarlarla həmrəy olduğunu bildirərək əlavə etdi: “Biz artıq 5-ci ildir ki, bu müsabiqəni keçiririk. Sənəd verən gənclərin çoxu nəinki bizim, heç digər teatrların da işinə yaramır... Ümidvaram ki, budəfəki seçimimizdə də yanılmadıq. Belə müsabiqələr təkcə teatr aləminə deyil, mədəniyyət və incəsənətimizin gələcək inkişafına çox böyük təkan verəcək".