
“ASAN xidmət”də işləmək istəyənlərin NƏZƏRİNƏ
“ASAN xidmət”də işləmək istəyənlər üçün keçiriləcək müsahibənin vaxtı müəyyən olunub.
Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, elan üzrə 10 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 128 vakant vəzifə üzrə 158 yer müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 742 namizədlə 1840 müsahibənin keçirilməsi planlaşdırılır.
Ən yüksək müsabiqə vəziyyəti Balakən regional “ASAN xidmət” mərkəzi, Vətəndaşların qəbulu işinin təşkili sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 209 namizəd), 6 saylı Bakı “ASAN xidmət” mərkəzi, Vətəndaşların qəbulu işinin təşkili sektorunda baş məsləhətçi (1 vakant yer üzrə 168 namizəd), Şamaxı regional “ASAN xidmət” mərkəzi, Vətəndaşların qəbulu işinin təşkili sektorunda böyük məsləhətçi (1 vakant yer üzrə 158 namizəd) vəzifələri üzrə qeydə alınıb.
Müsahibələrin iyulun 29-u - noyabrın 5-də keçirilməsi nəzərdə tutulur.
Müsahibələrin təşkili, keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.
Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.
Oxşar yazılar

2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilmədi
1 iyul 2025 , 14:45
Azərbaycanda ucuz kondisioner bazarı – onları yataq otağına qoymayın
1 iyul 2025 , 14:09
Uşaqlı qadınlara əlavə məzuniyyət verilir? - CAVAB
1 iyul 2025 , 13:39
Sabah çimərliklərdə 25 dərəcə isti olacaq
1 iyul 2025 , 13:24
Günəşdə yanmısınızsa, ağrını tez bir zamanda yüngülləşdirməyin 3 ÜSULU
1 iyul 2025 , 13:09
Leysan yağacaq, külək güclənəcək - Sabahın havası
1 iyul 2025 , 12:10
İyulun 1-nin ən xoşbəxt BÜRCÜ: Unudulmaz olacaq
1 iyul 2025 , 11:59
Əmi, bibi, xala, dayı uşaqları kəbin kəsdirə biləcəklər? - AÇIQLAMA
1 iyul 2025 , 11:29