Pakistanda xəstəxanaya hücum: 7 ölü, 24 yaralı
21 iyul 2019 11:59 (UTC +04:00)

Pakistanda xəstəxanaya hücum: 7 ölü, 24 yaralı

Pakistanda nəzarət-buraxılış məntəqəsinə hücum və  xəstəxanada partlayış törədilməsi nəticəsində 7 nəfər ölüb, 24 nəfər yaralanıb.
 
APA-nın xəbərinə görə, bu barədə "Dawn" nəşri məlumat yayıb.
 
Hadisə Xayber-Paxtunxva əyalətinin Dera-İsmail-Xan şəhərində baş verib. Öncə dörd motosikletlə hərəkət edən silahlı şəxslər polis nəzarət-buraxılış məntəqəsinə hücum ediblər, daha sonra xəstəxanada partlayış olub. Ölənlər arasında 4 polis, 3 mülki şəxs var.
 
Polis öncə bir qadının quraşdırdığı partlayıcı qurğu vasitəsi ilə partlayış törədildiyini açıqlayıb.
 
Polis araşdırma aparır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar