
Azər Axşam məhkəməyə gedir: "Anamın adından saxta profil açıb"
Aparıcı Azər Axşam barəsində informasiya portallarında və sosial şəbəkələrdə yayılan saxta məlumatlarla bağlı hüquq müstəvisində tədbirlər görəcək.
Lent.az bildirir ki, bu barədə sənətçi Axşam.az-a məlumat verib.
Yazılı informasiyada deyilir:
“Bir neçə vaxtdır ki, naməlum şəxs və ya şəxslər tərəfindən internet informasiya ehtiyatında saxta istifadəçi adı ilə mənə qarşı böhtan kampaniyası aparılır, bəzi hallarda isə şərəf, ləyaqətimi və işgüzar nüfumuzu ləkələyən təhqiredici məlumatlar yayılır. Dözümlülük nümayiş etdirərək, şəxsin əməlindən əl çəkəcəyini düşünmüşəm. Lakin öz qeyri-etik, əxlaqi dəyərlərlə uzlaşmayan davranışlarını davam etdirən bu şəxs, hətta ayrı-ayrı saytlara verdiyim müsahibələrim məzmununu saxtalaşdırmaqdan, anamın adından saxta profil açıb bu vasitə ilə barəmdə həqiqətə uyğun olmayan, yalan məlumatları yazmaqdan belə çəkinməyərək, mənəviyyatsızlığa, vicdansızlığa yol verib.
Bu şəxslərin yazdığı məlumatları yayan media işçilərinə də təsadüf edilir. Buna görə də məsələnin hüquqi yolla həlli üçün hüquqşünaslara müraciət etmişəm.
Media nümayəndələrindən xahiş edirəm ki, saxta ad altında yazılan böhtan və təhqirlərin yayılmasına icazə verməsinlər”.
Qeyd edək ki, bir neçə gün öncə A.Axşamın həyat yoldaşından əlil olduğu üçün ayrılması barədə xəbərlər yer alıb.
Oxşar yazılar

“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34
"Məndən əvvəl başqa qız olduğunu bildim" - 29 yaşlı model Yamalla münasibətindən DANIŞDI
2 iyul 2025 , 11:08
Günay İbrahimlinin daha bir SİRRİ açıldı
2 iyul 2025 , 09:35
"Məndən bir də borc istəməyin" - Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu
1 iyul 2025 , 14:54
Miri Yusifə ağır itki
1 iyul 2025 , 10:29
Maykl Ceksonla bağlı daha bir sirr açıldı
30 iyun 2025 , 14:58
Ad-soyadlarını yanlış tələffüz etdiyiniz 8 ULDUZ
30 iyun 2025 , 13:45