209
02:41
16 İyul 2019

Bakıda "Toyota" yük maşınına çırpılıb, xəsarət alanlar var - FOTO - VİDEO

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, avtoqəzaƏləsgər Qayıbov küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, sürücü Əlisahib Səfərov idarə etdiyi "KamAZ" markalı qoşqulu yük maşınını yolun sol hərəkət zolağındasaxlayaraq kafeyə gedib.Bu vaxt arxadan yüksək sürətlə gələn və Rövşən Əliyevin idarə etdiyi "Toyota" markalı avtomobil yük maşınının qoşqusuna çırpılıb. Nəticədə minik maşınının sürücüsü və onun sərnişini Kənan Səmədzadə xəsarət alıb. Yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatlarını Nərimanov polisi araşdırır.