
"Xəzər adaları"nın adı dəyişdirilərək bu ASC-nin balansına verildi
"Avesta Konserni" MMC-yə məxsus "Xəzər adaları" kompleksi ("Yeni şəhər" kompleksi – red.) "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin balansına verilib. Bu barədə "APA-Econimics"ə "Azərbaycan Sənaye Korporasiyası"ndan bildirilib.
Korporasiyadan verilən məlumata görə, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı ardıcıl tədbirlərin davamı olaraq, Təhvil-Təslim Komissiyasının qərarı ilə “Avesta Konserni” MMC-yə məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsində 499,9573 ha torpaq sahəsinin istifadə hüququ və onun üzərində yerləşən inşası başa çatmamış tikililər ("Yeni şəhər" kompleksi - red.) "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin balansına verilib.
ASC-dən həmçinin bildirilib ki, kompleksin adı dəyişdirilərək "Yeni şəhər" adlandırılıb.
"Kompleksinin gələcək inkişafı baxımından texniki və iqtisadi cəhətdən yenidən əsaslandırılması üçün yerli və xarici mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulub. Mütəxəssislər tərəfindən yekun rəy verildikdən sonra layihənin davam etdirilməsi, gələcək inkişaf perspektivləri, investorların axtarışı barədə qərar qəbul ediləcək", - deyə ASK-dan bildirilib.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06