
"Azərbaycan, hələ də Ermənistanın hərbi təcavüzü ilə üzləşir" - ELMAR MƏMMƏDYAROV
“Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatının sədri kimi seçilməsi, ölkəmin bərabər tərəfdaşlıqları inkişaf etdirmək və hər hansı bir hərbi bloka qoşulmadan tarazlı siyasət aparmaq səylərinin daha bir vacib təsdiqidir”.
APA xəbər verir ki, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Sakit Okean Alyansının 14-cü zirvə görüşündə çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, bu xüsusda, bu ilin oktyabr ayında Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII Sammitində iştirak üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Alyans üzvlərinə dəvətini bir daha diqqətinizə çatdırmaq, həmçinin ölkəmiz tərəfindən Hərəkata sədrliyi dövründə beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığın möhkəmləndirilməsində Hərəkatın yüksək məqsədlərini daha da inkişaf etdirmək üçün bütün səylərini əsirgəməyəcəyini vurğulamaq istərdim.
E.Məmmədyarov bildirib ki, beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək üçün hər cür səylər göstərərkən Azərbaycan, hələ də qonşu Ermənistanın davam edən hərbi təcavüzü ilə üzləşir və bu, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizin, o cümlədən Dağlıq Qarabağ və yeddi ətraf rayonunun işğalına; təxminən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün etnik təmizləməyə məruz qalmasına; Azərbaycanın işğal olunmuş ərazilərində çoxsaylı tarixi, mədəni və dini abidələrin məhv edilməsinə gətirib çıxarıb: “Təəssüf ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının vasitəçilik səyləri Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün bərpası kimi nəticələri hələ də verməyib. Müzakirələrin bu konkret nəticəsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində, eləcə də ATƏT, Avropa İttifaqı və münaqişə ilə bağlı qərar qəbul edən demək olar ki, bütün beynəlxalq təşkilatların müvafiq sənədlərində təsbit edilib. Münaqişənin sülh yolu ilə həll olunmasına və ATƏT-in vasitəçiliyi ilə danışıqlar prosesində fəal mövqe tutmağa səy göstərən Azərbaycan, beynəlxalq ictimaiyyətin Ermənistan tərəfindən Azərbaycan torpaqlarının qeyri-qanuni işğalının nəticələrini möhkəmləndirməyi nəzərdə tutan hər hansı fəaliyyətdə iştirakdan çəkinəcəyini və təcavüzkarın Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair müvafiq BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur edən tədbirlər görəcəyini gözləyir”.
Oxşar yazılar
Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07