"Metr yarım,boyu var, Azərbaycan gözəli seçilir" - TƏNQİD ETDİ
05 iyul 2019 17:57 (UTC +04:00)

"Metr yarım,boyu var, Azərbaycan gözəli seçilir" - TƏNQİD ETDİ

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva bu gün “Hər şey daxil” verilişinin qonağı olub.

Lent.az-ın məlumatına görə, 1,80 santimetr boyu olan model verilişdə “Azərbaycan gözəli” seçilən qızlardan danışıb: “Bizdə modellik sahəsində inkişaf yoxdur. Çünki tekstil sahəsi zəifdir. Bundan əlavə,  model yarışmalarında pul söhbətləri var. Belə müsabiqələrə görə modellər gözdən düşdü. Mən “Best model of Azerbaijan”ı keçirməkdən imtina etdim, çünki maraq yoxdur. Çünki pul söhbətləri ortada fırlanır. 1,50 santimetr boyu var, Azərbaycan gözəli seçilir. Azərbaycan xanımları çox gözəldir. Amma təəssüflər olsun ki, bu sahəni gözdən salırlar”. 

 

# 2115
avatar

Yalçın UĞUR

Oxşar yazılar