Bu məktəbə Gülarə Əliyevanın adı verildi
03 iyul 2019 13:59 (UTC +04:00)

Bu məktəbə Gülarə Əliyevanın adı verildi

Bakı şəhərində yerləşən 3 nömrəli Uşaq İncəsənət Məktəbinə Azərbaycan milli musiqi ifaçılıq sənətinin görkəmli nümayəndəsi, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Gülarə Əziz qızı Əliyevanın adı verilib.
 
APA-nın məlumatına görə, baş nazir Novruz Məmmədov bununla bağlı müvafiq sərəncam imzalayıb.
 
Mədəniyyət Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
 
Sərəncam imzalandığı gündən qüvvəyə minib.
# 1192
avatar

Oxşar yazılar