
Mərhum jurnalistə həsr olunan kitabın təqdimatı keçiriləcək
Mərhum jurnalist Zabil Müqabiloğluna həsr olunan "Son zəng" kitabının təqdimat mərasimi keçiriləcək.
Bu barədə Lent.az-a mərhum jurnalistin bacısı Sevinc Fərhadova məlumat verib.
O bildirib ki, kitab keçən il Mətbuat Şurası tərəfindən çap edilib:
“Kitabın çap edilməsində, hazırlanmasında ilk növbədə jurnalistlər Famil Cəfərli, Yadigar Məmmədli, Həbibə Abdulla, professor Qulu Məhərrəmli və bir çox şəxslər əziyyət çəkib. Onların hər birinə təşəkkür edirəm”.
S.Fərhadova həmçinin əlavə edib ki, mərasim iyulun 4-ü, saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq:
“Kitabda qardaşımın şeir və hekayələri, dostlarının onun haqqında yazdıqları ürək sözləri toplanıb. Həmçinin “Son zəng” adlı kitabda qardaşımın xarici səfərdə olan fotoları da yer alıb. Təqdimata qardaşımı tanaıyanları dəvət edirəm”.
Oxşar yazılar
Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34