304
23:29
29 İyun 2019

Bəzi Mərkəzi Aran və qərb rayonlarında yağış yağıb, şimşək çaxıb

İyunun 29-daaxşam saat 17:00-21:00 radələrində Ağstafa, Naxçıvan, Gədəbəy, Naftalan, Tərtər, Yevlax, Şəmkir, Daşkəsən, Gəncə vəMingəçevirdə yağış qeydə alınıb, şimşək çaxıb.

APA xəbər verir ki, bu barədəMilli Hidrometeorologiya Departamenti tərəfindən yayılan məlumatda deyilir.

Bildirilir ki, Şəmkir, Gəncə, Şərur, Bərdə, Tərtər, Yevlax, Daşkəsən, Mingəçevir, Naftalan, Ağdam, Göyçay rayonlarında 17-23 m/s qərb küləyi əsib, bəzi yerlərdə arabir 28-32 m/s-dək güclənib.