Əməkdar artist Vasif Məhərrəmli məşhurların instaqram sevgisindən danışıb. Lent.az-ın məlumatına görə, ifaçı “Show news” verilişində bu sözləri deyib:
"Bəzi arvadfasonlar müəllimlərin, həkimlərin, aktyorların, rejissorların, zavodda işləyən fəhlələrin də içində var. Sadəcə şou-biznes üzdə olduğu üçün buradakılar tanınır. Bütün neqativ hallar üzə çıxır. Çoxunun İnstaqramı yoxdur. Bizdə isə İnstaqram xəstəliyi başlayıb. Hara gedirik şəkil qoyurduq. Beş-altı il əvvəl İnstaqram yox idi, Vasifin toyu olmurdu? İndi nə yazıq ki, kişilik yoxdur ortada. Çıxırlar ortaya bilmirsən kişi deyəsən, yoxsa qadın".