
Uçuşlarla bağlı Dövlət Proqramı təsdiqləndi - FƏRMAN
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.
APA-nın xəbərinə görə, fərmanla “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”, “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası” təsdiq edilir.
Nazirlər Kabineti ç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamalı və Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
NK beynəlxalq norma və prinsiplər, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla “Aviasiya haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
“Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın 2.1.6-cı yarımbəndində nəzərdə tutulmuş uçuşların təhlükəsizliyinin idarə edilməsi sisteminin təşkili qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq ediləcək.
Nazirlər Kabineti həmin Qaydanın 5.2.2-ci yarımbəndində nəzərdə tutulmuş uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, həmin Qaydanın 9.2-ci bəndində nəzərdə tutulmuş aviasiya hadisələrinin araşdırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqləməli, həmin Qaydanın 10.2-ci bəndində nəzərdə tutulmuş müfəttiş heyətinin peşəkar hazırlığının təşkili və onların ixtisaslarının artırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
“Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın 10.1.1-ci yarımbəndinə uyğun olaraq, hava gəmilərinin qeydiyyatı qaydasını, habelə mülki pilotsuz uçan aparat sistemlərinin istismarına dair qaydaları Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı, bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın icrasını təmin etmək üçün zəruri tədbirlər görülməlidir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın icrasını təmin etmək üçün zəruri tədbirlər görməli, Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etməli, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16