Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik edib
26 iyun 2019 08:52 (UTC +04:00)

Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik edib

 

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri, əsgər və zabitləri təbrik edib.

Lent.az-ın məlumatına görə, millət vəkili Vətən naminə müqəddəs və şərəfli xidmətlərində uğurlar arzu edib.

O qeyd edib ki, Azərbaycanın silahlı qüvvələri döyüş qüdrətinə və təchizatına görə dünyanın ən güclü orduları sırasındadır.

“Ölkəmiz dünyada ordumuzun qüdrətinə görə 52-ci yerdə durur. Bu çox mühüm amildir. Nizami ordunun gücünü, qüvvətini saxlamaq üçün böyük əzm və iradə lazımdır. Bunu da qüdrətli sərkərdə bacarığı olan bizim möhtərəm prezidentimiz, cənab Ali Baş Komandanımız İlham Əliyev edə bilib. Quruculuğu ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik strategiyasının reallaşması dövründən başlayan möhtəşəm Azərbaycan Ordusu,  Prezident İlham Əliyevin rəhbərliyi altında sözün həqiqi mənasında dünyanın qüdrətli silahlı qüvvələri sırasında özünə layiqli yer tutub. Biz nizami ordunun gücünü, qüvvətini məlum Aprel döyüşlərində bir daha görmüş olduq! Ulu Öndərimizin ideyalarına sadiq olan hərbçilərimiz,  Azərbaycan əsgəri quruda, havada və dənizdə, hər yerdə Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir”, - deyə təbrikdə qeyd olunur.

# 550
avatar

Oxşar yazılar