
Polis çayda boğulan qadını xilas etdi
Polis qadının həyatını xilas edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, hadisə iyun ayının 24-də Salyan rayonunun Aşağı Kürkəndi kəndi ərazisində baş verib.
Həmin ərazidə xidmət aparan Salyan rayon Polis Şöbəsinin Post Patrul Xidmətin əməkdaşı, polis serjantı Rafail Quliyev Kür çayı sahilində, xidmətdə olarkən bir qadının körpüdən suya düşdüyünü və köməksiz vəziyyətdə olduğunu görüb.
Polis əməkdaşı boğulmaqda olan qadını sudan təhlükəsiz yerə çıxarıb. Onu kritik vəziyyətdən çıxarmaq üçün dərhal Təcili Tibbi Yardım çağırıb.
Hadisə yerinə gələn həkimlər həmin qadına lazımi tibbi yardım göstəriblər.
Oxşar yazılar

Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25
Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
14 iyul 2025 , 18:15
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olundu
14 iyul 2025 , 17:21