Çiyələkli brovnini belə hazırlayın - <span style="color:red;">Usta öz sirlərini açır : <span style="color:red;">Lent.az-ın mətbəxi
23 iyun 2019 13:28 (UTC +04:00)

Çiyələkli brovnini belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımıza davam edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Biş-düş Babayeva”" adı ilə məşhur olan ustanın çiyələkli brownini necə hazırlaması ilə tanış edəcəyik.
 
Çiyələkli brovninin tərkibi:
 
3 yumurta,1.5 stəkan şəkər tozu, 0.5 st bitki yağı, 1 st un, 100 qr plitka şokolad, 1 x.q qabartma tozu. Yarım ç.q vanilin, 2 x.q kakao
Üzərinə: 400 qr qaymaq, 300 qr plitka şokolad bir az çiyələk.
 
Hazırlanma qaydası:
 
Şokolad qabın içində isti buxarın üzərinə qoyulub əridilir. Sonra yumurta ilə şəkər tozunu birlikdə çalırıq. Biraz çaldıqdan sonra unu, şəkər tozunu, vanili, qabartma tozunu və kakaonu əlavə edib qarışdırırıq. Daha sonra əridilən şokolada duru yağı əlavə edirik və yavaş-yavaş digər qarışımın içinə tökürük. Birlikdə yaxşıca qarışdırıb, sonra bişirəcəyimiz qabın içinə yağlı kağız qoyub xəmiri əlavə edirik. Sobaya qoyub bişiririk.
 
Üzərini düzəltmək üçün, qaymağı qaynatmadan qazın üstündə isidirik. Sonra plitka şokoladı içində əridib qarışdırırıq. Sonra biskivitin üzərinə çiyələkləri düzüb şokolad qarışımını tökürük, 2 saat soyuducuda saxlayıb, süfrəyə veririk.
 
Nuş olsun!

# 977
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar