Bazar günü hava necə olacaq? - <span style="color:red;">PROQNOZ
22 iyun 2019 12:47 (UTC +04:00)

Bazar günü hava necə olacaq? - PROQNOZ

Azərbaycanda iyunun 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava günəşli olacaq,

səhər bəzi yerlərdə  zəif duman müşahidə ediləcək.

Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 20-25 dərəcə, gündüz  31-35  dərəcə isti olacaq.

Bakıda gecə 23-25 dərəcə, gündüz  33-35 dərəcə isti təşkil edəcək.  

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək.

Lakin axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 34-39 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə,  gündüz 22-27 dərəcə isti təşkil edəcək.

 ETSN Abşeron çimərliklərində gözlənilən  hava şəraitini də açıqlayıb.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)

mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu  22-23 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx)

mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu  24-25 dərəcə isti təşkil edəcək. 

 

 

 

 

 

 

# 678
avatar

Aygün İbrahimli

Oxşar yazılar