10 kilo arını bədəninə yığdı - <span style="color:red;">HƏDƏF  63 kilodur
22 iyun 2019 11:19 (UTC +04:00)

10 kilo arını bədəninə yığdı - HƏDƏF 63 kilodur

Türkiyənin Van vilayətində arıçılıqla məşğul olan Əbdülvahab Semo adlı şəxs Ginessin Rekordlar Kitabına daxil ola bilmək üçün arıları bədəninə toplayır.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ə.Semo kitaba daxil ola bilmək çün 2016-cı ilda çılpaq bədəninə 6 kilo arı toplaya bilirdisə,

hazırda  arıçı bu göstəricini 10 kiloya çıxarıb. 

Hazırladığı tüstü ilə arıları sakitləşdirən arıçı iki saat ərzində arıları əli ilə bədəninə yapışdırır.

O, bu rekordu qıra bilmək üçün məsləkdaşlarının köməyinə ehtiyacı olduğunu da bildirib: “Rekordu qırana kimi səylərimi davam etdirəcəyəm. Arılar bədənimi çox yerindən sancır. Amma hədəfim 63 kilo 700 qram olan dünya rekordunu yeniləməkdir. Əsl məqsədim arıçılıq peşəsinə diqqət çəkməkdir. Çünki təbii bal istehsal etməyimizə baxmayaraq, bazarda saxta bal satanlar ucbatından bütün əməyimiz havayı gedir. Vətəndaşların balı birbaşa istehsalçıdan almasını istəyirik”. 

33 ildir arıçılıqla məşğul olduğunu deyən Ə.Semo arıları hirsləndirəndə sancdıqlarını, artıq bədənin arı zəhərinə qarşı immunitet yaratdığını da vurğulayıb.

 

 

 

 

 

# 727
avatar

Aygün İbrahimli

Oxşar yazılar