Azərbaycanlı müğənni Vüqar Muradov “5/5” verilişinin qonağı olub.
Lent.az-ın məlumatına görə, ifaçı verilişin rubrikasına uyğun olaraq bir günlük həkim olub və qalmaqal yaşadığı həmkarı Niyam Salami barədə danışıb: “Bunun başına daş düşməsin. Niyamın dilin kəsərdim. Onun başına tük əkərdim. Saqqalından didib, başına yerləşdirərdim”.
Qeyd edək ki, N.Salami bir müddət öncə açıqlamasında “Yeni ulduz” yarışmasından çıxan iştirakçıları “Çör-çöp” adlandırmışdı. Onun bu sözlərinə isə V.Muradovun cavabı çox kəskin olmuşdu: “Pedaqoqam və Niyam istəyirsə, ona özü kimi oxumağı öyrədim, Bülənd Ərsoy kimi yox. İfaçılıq yaşla bağlı deyil. Elə sənətçilər var ki, 60 yaşı var və yenə də oxuya bilmirlər. Estradanın qaymaqları müsabiqələrdən və "Yeni ulduz"dan çıxanlardır”.