<span style="color:red;">"Mənə “min manatlıq” dedi, sonra..."  - Pərvin məhkəməlik işindən danışdı - <span style="color:red;">VİDEO
21 iyun 2019 14:26 (UTC +04:00)

"Mənə “min manatlıq” dedi, sonra..." - Pərvin məhkəməlik işindən danışdı - VİDEO

Azərbaycanlı aktrisa Pərvin Abıyeva həmkarı Tunay Əliyeva ilə olan qalmaqalından danışıb.

Lent.az-ın canlı yayımında qonaq olan P.Abıyeva bildirib ki, T.Əliyevaya bir neçə sual ünvanlmaq istəyir: “Mən o xanımla heç cür görüşə bilmədim. Görüşsəydim, soruşardım ki, mənimlə dərdin nədir? Neçə dəfə özünə söz göndərdim, hətta efirə də qoşulub soruşdum ki, mənimlə dərdin nədir? Həyatda heç sənlə üz-üzə gəlməmişik. Bizim heç salam-sağolumuz, ortaq dostlarımız belə yoxdur. Elə insanam ki, həyatda heç kimsəyə pisliyim dəyməyib. Çıxıb mənə iyrənc sözlər deyirsən. Sonra da məhkəmədə çıxıb deyir ki, mən o sözü o mənada demədim ki, işi ilə bağlı demişəm ki, “min manatlıq”. Sən nə bilirsən ki, mən nə qədər qonorar alıram? Heç mən min manat qonorar almamışam. Həmin pulun 15 qatını almışam. Sözünü demisən, arxasında da dur. Niyə danırsan? Bütün respublika da bilir ki, sən o sözü hansı məqsədlə demisən. Demisən, arxasında dur. Mən dediyimin arxasındayam. Aramızda olan məhkəmələr də başa çatdı. Bircə Ali Məhkəmənin qərarı qalıb. Ali Məhkəmədən sonra artıq hər şey bilinəcək. Bu günə qədər olan məhkəmələr mənim xeyrimə olub”.

 

Qeyd edək ki, Tunay Əliyeva sosial şəbəkədə P. Abıyevanı dəfələrlə tənqid etmiş, onun ünvanına nalayiq ifadələr yazmışdı. Hətta onu “1000 manatlıq” adlandırmışdı.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2039

Oxşar yazılar