
Yaqub Mahmudov: "Nadir şah Əfşar tarixin gedişini dəyişən dahi sərkərdədir"
"Nadir şah Əfşar tarixin gedişini dəyişən dahi sərkərdədir".
APA-nın məlumatına görə, bunu A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə” mövzusunda beynəlxalq elmi konfransın açılışında bildirib.
Onun sözlərinə görə, Nadir şah Çar Rusiyası və Sovet dövründə yırtıcı, qəddar sərkərdə kimi təqdim edilib: "Halbuki o, Azərbaycan tarixinin mayasıdır, imperiya yaratmış şəxsiyyətdir. Bu baxımdan o, Azərbaycanın misilsiz tarixi şəxsiyyətidir. Dünya tarixində Nadir şah kimi sərkərdə, hökmdar yoxdur. Çünki tarixin gedişini dəyişmək hər kəsə nəsib olmur. Nadir şah böyük qurtuluş mübarizəsinin qalibi olub. O, Azərbaycan xalqının dahi oğlu, qürur tarixidir. Ona görə də onu bütün dərsliklərə daxil etmişik".
Akademik konfransın başlanğıc tarixinin təsadüfi seçilmədiyini də vurğulayıb: "Bu gün həm də Nadir şahın anım günüdür. Mən inanıram ki, gələcəkdə torpaqlarımız Nadir şahın ruhu və Azərbaycan prezidentinin yürütdüyü siyasət nəticəsində azad olunacaq. Nadir şah kimi bir sərkərdənin torpağı işğal altında qala bilməz".
Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54
Bakıda bu yol iki gün BAĞLI OLACAQ
18 iyul 2025 , 15:48