“Qarabağ”ın II təsnifat mərhələsindəki mümkün rəqibi bəlli oldu
19 iyun 2019 14:17 (UTC +04:00)

“Qarabağ”ın II təsnifat mərhələsindəki mümkün rəqibi bəlli oldu

Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklardakı növbəti mümkün rəqibi bəlli olub.
 
APA-nın məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasında II təsnifat mərhələsində "Dandalk" (İrlandiya) - "Riqa" (Latviya) cütünün qalibi ilə qarşılaşa bilər.
 
Bunun üçün Qurban Qurbanovun yetirmələri ilk raundu uğurla adlamalıdır. Təmsilçimiz öncə Albaniyanın “Partizani” klubu ilə görüşəcək.
II təsnifat mərhələsinin oyunları iyulun 23-24 və 30-31-də təşkil olunacaq. “Qarabağ”ın yer aldığı cütün qalibi ilk qarşılaşmanı səfərdə keçirəcək.
 
Qeyd edək ki, “Qarabağ”ın “Partizani” ilə səfərdəki matçı iyulun 9-da və ya 10-da, ev oyunu 16-da və ya 17-də baş tutacaq.
# 565
avatar

Oxşar yazılar