Xərçəng olan "Toppuş bacı"ya qayınanası<span style="color:red;"> ŞƏRT QOYDU -  <span style="color:red;">VİDEO
18 iyun 2019 09:58 (UTC +04:00)

Xərçəng olan "Toppuş bacı"ya qayınanası ŞƏRT QOYDU - VİDEO

Əməkdar artist Tünzalə Əliyeva səhhəti barədə danışıb. Lent.az-ın canlı yayımında qonaq olan “Toppuş bacı” bildirib ki, ötən növbəti dəfə kimya terapiya qəbul edib: “Mən 3 aydan bir müayinəyə gedirəm. Axırıncı dəfə aprel ayında ora gedəndə həkim dedi ki, 3 ay gözləyin, biz də gözləmədik, 1 ay sonra müayinə olundum. Məlum oldu ki, bədənimin bir neçə hissəsində yayılmalar var. Çanaq, boğaz, mədənin divarı tərəfdə. Şişlər çoxdur. Artıq bu günə qədər 3 kimya qəbul etmişəm. Sonuncunu dünən etdilər. Mən bir kurs müalicəni almışam, bu da 2-ci kursdur. 3-cü kursdan sonra bir daha yoxlanış olacaq. Həkimlər üzərimdə çox çalışırlar. Bu xəstəliyimdə həyat yoldaşım və öz ailəm mənə çox dəstək oldu. Sonradan bildim ki, mənsiz çox stresslər keçiriblər. Üzdə mənə ürək dirək verirlər. Məsələn qardaşım mənlə telefonda belə danışa bilmir. Ancaq analizlərin cavablarını gözləyirlər. Deyirlər ki, təki heç nə olmasın”.

 

Aktrisa daha sonra bildirib ki, başının keçəl qırxdırmasını qızı çox pis qarşılayıb: “Qayınatama zəng edib ağlayaraq dedim ki, dədə, başımı keçəl qırxdırdım. Üstündən 10 dəqiqə keçəndən sonra gördüm ki, qayınatam da saçını keçəl qırxdırıb, şəklini mənə atıb. Qayınanam da mənə dedi ki, əgər bir də sən ağlasan, mən də saçımı keçəl qırxdıracam. Məndən öncə həyat yoldaşım qırxdırdı, daha sonra qardaşım, bacım oğlu da başını keçəl qırxdırdı. Bacım da eləmək istəyirdi, razı olmadım. Təsəvvür edin ki, saçımda rezin var idi, səhər durdum ki, saçlarım o rezinin üstündə qalıb. Əlimi atdım, bütün saçım əlimdə gəldi. Həmin gün də efirə getməli idim. Başıma papaq qoyub efirə getdim. Daha sonra yoldaşımla saçımızı qırxdırıb, evə keçəl gəldik. Uşaq 2 gün stres yaşadı. Baxdı, dedi ki, ana, ata, saç yox. Ona görə də məcbur olub başıma yaylıq qoydum, yoldaşım da papaq. Hətta uşaq bağçada müəlliməsinə də deyirmiş ki, ana, ata saç yox. Yəni o buna çox pis təsir etmişdi”.

# 1215
avatar

Yalçın UĞUR

Oxşar yazılar