
Beyninizi Günəşdən belə qoruyun – XƏBƏRDARLIQ
“Bütün sağlamlıq problemlərinin ən effektiv müalicəsi xəstəliyin meydana çıxmasının qarşısını ala bilməkdir. İsti havalar ən çox beynimizə mənfi təsir edir.
Beynimizi isti yay günlərində qoruyaq”.
e-tibb.az-ın xəbərinə görə, bunu nevroloq, uzman həkim Nərgiz Ağayeva deyib.
Mütəxəssis deyib ki, beynimizi yayın isti günlərində qorumaq üçün bunları etmək lazımdır:
Gündəlik işlərinizi hava durumuna görə planlaşdırın. Bayırda ediləcək işləri günün səhər saatlarına və ya axşam 17:30-dan sonraya planlaşdırın.
Lazımsız yerə sizi yoracaq işləri görməyin.
Yüksək istilik və nəm bədənin istilik itkisini azaldır. Eviniz çox istidirsə və kondisioneriniz yoxdursa, hava olan yerlərdə vaxt keçirməyə çalışın.
Susamadığınız hallarda belə, bol maye qəbul edin.
Nazik, açıq rəngli geyimlər seçin və mütləq papaqdan istifadə edin.
Tez-tez ilıq duş qəbul edin. Amma unutmayın ki, çox soyuq və ya buzlu su dərinin qan dövranını azaldır və bədən hərarətinin düşməsinin qarşısını alır. Bu səbəbdən həddindən artıq soyuq sudan uzaq olun.
Uşaqlarınızı Günəşin altında, bağlı avtomobillərdə, çox qısa vaxtda olsa belə, tək qoymayın.
Günəş altında vaxt keçirəcəksinizsə, gündən qoruyucu kremlərdən istifadə edin. Kremlərin SPF-i 20 və yuxarı olmalıdır.
Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46
İyulun əvvəlində yağış yağacaq, güclü külək əsəcək - Aylıq hava PROQNOZU
30 iyun 2025 , 16:16