
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət etdilər
Azərbaycan Ağsaqqallar Şurası 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.
APA-nın xəbərinə görə, Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və şura üzvləri Heydər Əliyevin və akademik Zərifə Əliyevanın da məzarlarını ziyarət edib, məzarlar üzərinə gül dəstələri qoyublar.
F.Heydərov 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə danışaraq bildirib ki, H. Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtmasaydı, Azərbaycan müstəqilliyini qoruyub saxlaya bilməyəcəkdi: "Ona görə də xalqımız bu günü çox yüksək qiymətləndirir, Milli Qurtuluş Gününü bayram edir. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Müstəqil Azərbaycanın dünya dövlətləri sırasında nüfuz qazanmasında ulu öndərin rolu böyükdür. Ağır günlərdə Azərbaycanın müstəqilliyi sual altında qaldıqda Heydər Əliyev xalqın səsinə səs verdi. O, Naxçıvanı işğaldan qorudu və Azərbaycanın qalan torpaqlarının parçalanması prosesinin qarşısını aldı. Ona görə də müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir".
Oxşar yazılar

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq? - PROQNOZ
4 iyul 2025 , 17:11
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
4 iyul 2025 , 16:39
Yayda zibil maşınlarının ifunətli suları - Sakinlər narazıdır, qurum təkzib edir
4 iyul 2025 , 16:26
108 yaşlı qadın hər gün yeməkdən əvvəl içdiyi alkoqollu içkini açıqladı
4 iyul 2025 , 15:56
İtkin düşən üç hərbçimiz Kəlbəcərdə dəfn edildi -FOTOLENT
4 iyul 2025 , 15:23
Sabah çimərliklərə getməyiniz məsləhət deyil - SƏBƏB
4 iyul 2025 , 14:46
Diplomlarının saxta olduğu deyilən həkimlə bağlı RƏSMİ AÇIQLAMA
4 iyul 2025 , 14:31
İnformasiya agentliklərinə dair YENİ TƏLƏBLƏR
4 iyul 2025 , 13:31