“Qarabağ”ın oyunçusu Mahir Emreli bacısı Ayişə Emreliyə ad günü edib. Lent.az-ın məlumatına görə, Mahir bacısının özəl günündə təəssüratlarını bölüşüb: “Öyrəşmədiyimə görə ailə başçısı kimi söz demək çətindir. Amma biz həyatımızda yeni etapa başlamışıq. Burada olan hər kəs üçün bu, sirr deyil. Ayişə həm bacım, həm sirdaşım, bundan sonra da qızımdır. Çünki Ayişə də şəxsiyyət vəsiqəsində “Emreli” soyadını daşıyacaq”.