Həcc ziyarətinə ayrılan kvota dolmaq üzrədir
12 iyun 2019 11:18 (UTC +04:00)

Həcc ziyarətinə ayrılan kvota dolmaq üzrədir

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu davam edir.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Lent.az-a bildirilib ki, hazırda sənəd verənlərin sayı 1080 nəfərə çatıb.

Qeyd olunub ki, sənəd qəbulu iyun ayının sonunda başa çatacaq: “Həcc ziyarətçilərinə bələdçilk edən heyəti də nəzərə alsaq, kvotanın dolması üçün 200 nəfərlik yer qalıb. İyunun sonundan etibarən vizaların verilməsinə başlanılacaq. Vizaların verilməsi prosesi başlayanda isə sənəd qəbulu başa çatır”.

Xatırladaq ki, bu il Azərbaycandan ziyarətə getmək istəyənlər üçün 1440 nəfərlik kvota müəyyənləşdirilib.

Sənədlərin qəbulu yalnız QMİ tərəfindən həyata keçirilir.

Həcc ziyarətinin qiyməti 4285 ABŞ dollardır.

Zəvvarlar ziyarətə təyyarə ilə aparılacaq.

Avqustun 2-dən 6-dək ziyarətə gediş, 21-dən 25-dək isə dönüş baş tutacaq.

# 649
avatar

Aygün İbrahimli

Oxşar yazılar