Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyasına dair görüş gələn həftə razılaşdırılmamış ərazilərdə keçiriləcək
11 iyun 2019 21:01 (UTC +04:00)

Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyasına dair görüş gələn həftə razılaşdırılmamış ərazilərdə keçiriləcək

"Azərbaycan-Gürcüstan arasında sərhədlərin delimitasiyasına dair ekspertlər səviyyəsində görüş gələn həftə razılaşdırılmamış ərazilərdə keçiriləcək".

 

APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib.

 

X. Xələfovun sözlərinə görə, görüşün nəticəsinə uyğun olaraq komissiyanın növbəti iclasının vaxtı müəyyənləşəcək. Bu da, çox güman ki, iyul-avqust aylarına təsadüf edəcək.

 

"Gürcüstanla həm səfirliklər, həm də Gürcüstan hökumətinin xüsusi nümayəndəsi ilə təmaslar davam edir", - deyə X.Xələfov vurğulayıb.

# 1042
avatar

APA Baycan

Oxşar yazılar