
Marek Hamşik: “Azərbaycanın hələ xal qazana bilməməsi işimizi çətinləşdirəcək”
"Bizim üçün əsas hədəf qələbə qazanmaqdır. Hesabın 4:3 və ya 3:2 olmasının önəmi yoxdur. Təbii ki, qol buraxmadan qalib gəlmək daha yaxşı olardı".
APA-nın məlumatına görə, bunu Slovakiya yığmasının futbolçusu Marek Hamşik deyib.
Komandasının kapitanı AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə sabah keçiriləcək oyun haqda fikirlərini bildirib. O, bu gün keçirilən mətbuat konfransında meydana qələbə üçün çıxacaqlarını deyib: “Bir neçə azarkeşimizin burda olduğunu bilirik. Gözləyək, görək sabah neçə azarkeş olacaq. Azərbaycan - Macarıstan oyununu da izləmişik. Həmin matçda da xeyli macar azarkeş qonaq komandanı dəstəkləyirdi. Azərbaycan gözəl ölkə, Bakı gözəl şəhərdir, Avropa Liqasının finalını qəbul edib. Biz də dünən məşqimizi Bakı Olimpiya Stadionunda keçmişik. İndiyə qədər Azərbaycanla qarşılaşmamışam. Baş məşqçi ilə birlikdə rəqib haqda ətraflı məlumat əldə etmişik. Azərbaycanın qrupda hələ xal qazana bilməməsi bizim işimizi daha da çətinləşdirəcək”.
32 yaşlı yarımmüdafiəçi bildirib ki, Azərbaycana uduzmaq üçün gəlməyiblər: “Sabah hücum futbolu oynayacağıq. Qələbə qazanmaq istəyirik. Bunun üçün də əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, 18 il öncə baş verən məğlubiyyət bu dəfə təkrarlanmayacaq. Hər iki komandanın hücum futbolu göstərməsi maraqlı oyun ortaya çıxara bilər. Sabah pressinq göstərməli və aqressiv olmalıyıq. Keyfiyyətli oyunçularımızın sayəsində nəticəyə təsir göstərməyə çalışacağıq. Rəqibin topa sahib olmasının qarşısını almalıyıq. Komandanızın təkbətək epizodlarda yaxşı oyunçuları var. İordaniya ilə qarşılaşmada belə çıxışın nəticəsini gördük. Sabah da hücuma keçiddə sürətli olmalıyıq”.
Oxşar yazılar

“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22
“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04
“Çelsi” Klublararası Dünya Çempionatının qalibi oldu
14 iyul 2025 , 01:26