
Deputat seçicilərin problemlərini dinlədi
Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli-Beyləqan seçki dairəsinə daxil olan İmişli rayonunun Əliqulular kəndində seçiciləri ilə görüşüb.
Lenty.az-ın məlumatına görə, görüş zamanı Əliqulular kəndinin seçiciləri tibb məntəqəsinin olmamasından şikayət ediblər. Bundan başqa, kənd məktəbinin təmirə ehtiyacı olması ilə bağlı fikirlərini bildirən sakinlər Təhsil Nazirliyinə bu barədə məlumat verilməsini xahiş ediblər. Sakinlər məktəbin idman zalının olmadığını da deyərək, müəyyən idman ləvazimatlarına da ehtiyac olduğunu vurğulayıblar.
Çingiz Qənizadə ölkədəki ictimai-siyasi durum, Azərbaycan Prezidentinin son aylarda atdığı addımlar, Dağlıq Qarabağ məsələsi barədə də fikir mübadiləsi aparıb.
Deputat kənd seçicilərin kəndlə bağlı ümumi problemlərini dinlədikdən sonra hər bir müraciətlə bağlı aidiyyatı qurumlara məlumat verəcəyini bildirərək, sakinləri fərdi qaydada qəbul edərək şikayətlərini qeyd edib.
Sonda deputat hər bir şikayəti araşdıracağına, maksimum imkanı daxilində kömək edəcəyinə söz verib.
Oxşar yazılar

İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11