
Lənkərana enən təyyarə Naxçıvana yola düşüb - YENİLƏNİB
0
0
Əlverişsiz hava şəraiti ilə bağlı Lənkərana eniş edən Bakı-Naxçıvan təyyarəsi Naxçıvana yola düşüb. Bu barədə APA-ya AZAL-dan bildirilib.
16:43
Naxçıvan hava limanında əlverişsiz hava şəraiti ilə (şimşək və leysan) əlaqədar olaraq, AZAL-ın J2-253 Bakı (GYD) - Naxçıvan (NAJ) təyyarəsi Lənkəran hava limanına (LLK) enib.
AZAL-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təyyarə yerli vaxtla saat 15:08-də təhlükəsiz yerə enib.
Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana çatdırılacaq.
Qeyd edək ki, ehtiyac olduğu təqdirdə, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri olan hər şeylə təmin ediləcəklər.
0
0