Hadisəni heç belə görməmisiniz - <span style="color:red;">FOTOLENT
08 iyun 2019 13:46 (UTC +04:00)

Hadisəni heç belə görməmisiniz - FOTOLENT

Türkiyəli müğənni Hadisə Ramazan bayramı tətilində Kıbrısda konsert proqramı ilə çıxış edib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni  boz rəngli üzəri pullu qısa paltarı ilə gözləri qamaşdırıb.

Hadisəni dinləməyə gələnlər arasında müğənni Yıldız Tilbə də olub.

Səhnədən sevənlərinin bayramını təbrik edən müğənni “bu bayramda anamla birlikdəyəm. Bayramı ana ilə birlikdə keçirmək çox gözəldir”-deyə, anası ilə birlikdə olmaqdan xoşbəxt olduğunu dilə gətirib.

Müğənni, həmçinin Antalyada verdiyi konsert zamanı “Hadisə mənim aldığım konsert qiymətlərinə yaxınlaşa bilməz”-deyə, həmkarına söz atan Gülşənin cavıbını da verib: “Gülşən mənim dostumdur. Konsertlərin qiymət məsələsi hər zaman şişirdildiyi üçün Gülşən də belə bir zarafat edib. Zarafat edə bilmərikmi? Gülşən mənim canımdır”.    

 

# 898
avatar

Aygün İbrahimli

Oxşar yazılar