
Diplomat qadınlarımızın SAYI AÇIQLANDI
Azərbaycanda diplomatiya sahəsində çalışan qadınların sayı açıqlanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərovun APA-ya verdiyi xəbərə görə, hazırda Azərbaycanda qadınlar səhiyyə, mədəniyyət, hərbi və digər sahələrlə yanaşı, diplomatiya sahəsində də təmsil olunurlar.
Diplomatiya sahəsində qadın təmsilçilərin sayının artdığını vurğulayan şöbə müdirinin sözlərinə görə, azərbaycanlı səfirlərdən 2 nəfəri qadındır.
E. Səfərov bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) 7 qadın, 8 kişi müşavir çalışır: “Bundan əlavə, XİN-də 14 nəfər qadın, 37 nəfər kişi şöbə müdiri fəaliyyət göstərməkdədir. Eyni zamanda, nazirlikdə I katib vəzifəsində 26 nəfər qadın, 44 nəfər kişi, II katib vəzifəsində 28 nəfər qadın, 35 nəfər kişi, III katib vəzifəsində isə 31 nəfər qadın, 15 nəfər kişi işləyir”.
Dövlət Komitəsinin rəsmisi vurğulayıb ki, XİN-də 21 qadın, 24 kişi attaşe fəaliyyət göstərir: “BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının tövsiyələrini nəzərə alaraq, xarici siyasət sahəsində çalışan qadınların sayı artırılır. Bunu yuxarıdakı rəqəmlərdən də görmək olar".
E. Səfərov qeyd edib ki, Azərbaycanda qadın dövlət qulluqçullarının sayı 28 faiz təşkil edir.
Oxşar yazılar

İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29