304
13:21
06 İyun 2019

Bayramla əlaqədar paytaxta 15 490 nəfər daşınıb - YENİLƏNİB

Bu gün ümumilikdə 15490 sərnişin daşınıb.

Bu barədə Lent.az -a Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib. O bildirib ki, respublikanın 56 avtovağzal və avtostansiyasından bu saata qədər 15490 sərnişin daşınıb:

“Onlardan 11790 nəfəri bölgələrdən paytaxta daşınıb”.

***

10:15
Ramazan bayramı ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) bölgə avtovağzallarından əvvəlcədən bilet əldə edən sərnişinlərlə bağlı daxil olan statistikaya əsasən bayramı həftəsonuna qədər regionlarımızda keçirəcək vətəndaşlarımızın rahat şəkildə daşınmasını həyata keçirmək məqsədilə gücləndirilmiş iş rejimi ayın 10-na qədər uzadılıb.
Bu barədə Lent.az -a DANX-ın mətbuat katibi Nuridə Allahyarova məlumat verib. O bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi istisna olmaqla bu rejim ayın 7-nə qədər olan dövrü əhatə edib:
"Ümumilikdə bu gün ərzində regionlardan paytaxta sərnişin axınının üstünlük təşkil edəcəyi gözlənilir. Bu saata qədər 11 770 nəfər regionlardan paytaxta sərnişin daşınıb. Günün sonuna qədər bu rəqəmin 19 000-ə yaxın olacağı gözlənilir. Bayram səfərindən istifadə edib həftə sonunu bölgələrimizdə keçirəcək sərnişinlərimiz istirahətlərini başa vurduqdan sonra paytaxta geri dönüş zamanı ehtiyat avtonəqliyyat vasitələri ilə təmin olunacaqlar".
Mətbuat katibi sürücülərə və eyni zamanda sərnişinlərə də müraciət edib:
"Bayram günlərində magistral yollardakı sıxlığı nəzərə almadan idarə etdikləri avtonəqliyyat vasitəsinin sürət həddini artıran, avtonəqliyyat vasitəsini təhlükəli idarə edən sürücülərlə bağlı 012 566-52-58 nömrəsinə avtobusun dövlət nömrə nişanı barədə məlumat versinlər. Digər sərnişinlərin istəyi xaricində görüntülənmə ehtimalları olduğu üçün video görüntü çəkməyinizə lüzum yoxdur".