“Lent.az -ın mətbəxi” layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sosial şəbəkədə "Qadın dünyası" adı ilə məşhur olan usta sizə şəkərçörəyinin xüsusi hazırlanma üsulunu təqdim edir:
İçindəkilər:
250 qr. yağ, 2 stəkan şəkər tozu, 5 ədəd (4 ədəd içinə, 1 ədəd üstünə) yumurta, 1 vanil, 1 qabartma tozu, 5 stəkan un.
Hazırlanması:
Şirniyyatı hazırlamaq üçün götürdüyümüz qaba ilk olaraq yağı qoyuruq və üzərinə şəkər tozunu əlavə edirik. Sonra yumurtaları sındırıb, birlikdə qarışdırırıq. Daha sonra unu, vanili və qabartma tozunu əlavə edib, xəmir yoğururuq. Xəmir hazır olduqda kündələrə ayırırıq. Kündələri formaya salıb, üzərinə çay qaşığı ilə yumurta sarısı çəkirik, zövqə görə fındıq da qoymaq olar. Sonra sobaya yerləşdirib, 180 dərəcədə 20-25 dəqiqə bişiririk.
Hazırlayan hər kəsə nuş olsun!