
Bu il Bakı məktəblərindən nə qədər məzun olacaq?
2018-2019-cu tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirəcək.
Bu barədə Lent.az-a Təhsil İdarəsindən bildirilib. Məlumata görə, paytaxtda 45 616 nəfər I sinfi, 655 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vuracaq. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən xüsusi məktəblərdə isə IX sinfi 399 nəfər bitirəcək.
Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 424 118 şagird təhsil alır.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 27 563 müəllim fəaliyyət göstərir.
2018-2019-cu tədris ilində paytaxt üzrə 264 ümumi təhsil məktəbində fəaliyyət göstərən 919 məktəbəhazırlıq qrupunu 23 840 uşaq başa vurub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı beşyaşlıların 90 faizini təşkil edəcək.
İyunun 4-nə (saat 10:00) olan məlumata əsasən, 2018-2019-cu tədris ili üçün paytaxtdakı ümumi təhsil müəssisələrinin I sinfinə mektebeqebul.edu.az saytı vasitəsilə 44 875 sorğu yerləşdirilib. Onlardan 41 430-u ümumi təhsil məktəblərini, 3 445-i isə lisey və gimnaziyaları seçib.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb fəaliyyət göstərir.
Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06
Sabahın tibbi-meteoroloji PROQNOZU
5 iyul 2025 , 14:45Dünyada İLK: Qadın süni intellektlə hamilə qaldı
5 iyul 2025 , 14:27