356
09:46
04 İyun 2019

Paytaxtın bu rayonunda təbii qaz olmayacaq

Bakının Nəsimi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz”dan Lent.az -a verilən məlumata görə, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yeni çəkilmiş diametri 400,160 və 110 mm-lik polietilen qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, bu gün saat 10:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu 1 və 2-ci Alatava, Tbilisi prospekti, 20 yanvar, A. Məhərrəmov, A. Qurbanov, Bakıxanov, C. Məmmədquluzadə və H. Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Bildirilib ki, görülən zəruri təmir işlərinin Yasamal və Nərimanov rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.