
Ramazan bayramı münasibətilə Bakıda "Kənddən Şəhərə" yarmarkası təşkil olunacaq
Ramazan bayramı münasibətilə “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək. ONA-nın xəbərinə görə, bunu “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova deyib.
Onun sözlərinə görə, satış yarmarkası bayram günlərində paytaxtın 2 ünvanında təşkil ediləcək: Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 225 və Nizami rayonu, Qara Qarayev prospekti, 36A.
"İyunun 5-6-da baş tutacaq yarmarkada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər", - deyə L. Məmmədova qeyd edib.
O həmçinin bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlıq çərçivəsində yarmarka ərazisində Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərəcək və satışa çıxarılan bütün məhsullar yoxlanışdan keçiriləcək.
Yarmarkada iştirak etmək istəyən fermerlər “Dövlət Aqrar Ticarət Şirkəti”nin rəsmi saytı vasitəsilə qeydiyyatdan keçə bilər. Bundan başqa fermerlər öz rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə də müraciət edə bilərlər.
Bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil ediləcəyi yarmarkada alıcılar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, bal, ət və ət məhsulları və s. ala biləcəklər.
Oxşar yazılar

Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15
Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31
"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40
ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45